"Planetimizin ağ ciyəri-ağaclar " mövzusunda praktik dərs keçirildi

Azərbaycan Respublikasında 2024-cü ilin"Yaşıl dünya naminə həmrəylik ili"elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən 27.03.2022-ci il tarixində 243 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Səhərbənd Eyyubova 5-8- cı sinif şagirdləri ilə  məktəbin  həyətində "Planetimizin ağ ciyəri-ağaclar " mövzusunda praktik dərs keçirdi.
Müəllim şagirdlərə ağac və bitkilərin insan həyatında əhəmiyyətindən danışdı .Ölkəmizin müxtəlif bölgələrində mövcud olan flora və faunanın rəngarəngliyindən məlumat verdi.Uşaqlar da öz növbələrində məktəbyanı sahədə əkilmiş ağaclara qulluq etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi