1a sinfində əsrin faciəsi-Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Bu gün məktəbimizin 1a sinfində əsrin faciəsi-Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xocalı Soyqırımını əks etdirən slaydlar göstərilib. Sinif müəlliməsi Mütəllimova Vüsalə hər slayda uşaqların diqqətini cəlb edərək, Azərbaycan xalqının böyük dərdi olan- Xocalı faciəsi barədə uşaqlara geniş məlumat verdi. O, bir daha vurğuladı ki, bu amansız hadisənin nəticəsində yüzlərlə həlak olub, ailələr pərəm-pərəm düşüb, körpələr öldürülüb, qocalar güllələnib. Azğın düşmən evləri yandırıb, dinc əhalini qırıb, əsir götürüb. Fevral ayının növbəti çərşənbəsində bayram-əhval ruhiyyəli Azərbaycan xalqını qana qəltan etdilər. Kişilər, cavanlar özlərini sipər edib, qadınları, qocaları, uşaqları meşədə gizlənib xilas etmək istədilər, lakin onların bir çoxu ordaca həlak oldular. Birincilər “Başın sağ olsun Vətən!” dedilər. Balaca Hüseynin Xocalıya həsr olunmuş şeirini uşaqlar diqqətlə dinlədilər. Sinif müəlliməsi Mütəllimova V. müəllimə tədbirin sonunda bir daha uşaqlarda Vətənimizin başına gələn bu faciəni unutmamağı, Vətəni sevməyi və torpağımız, Vətənimizin yolunda şəhid olanların xatirəsini əziz tutmağı tövsiyə elədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi