"Xocalı faciəsini unutmuruq" adlı kompozisiya keçirildi

Məktəbimizdə Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Bu gün rus bölməsi üzrə ibtidai siniflərdə, məktəbin foyesində təşkil edilmiş, " Xocalı faciəsini unutmuruq"adlı kompozisiya keçirildi.Tədbiri açıq elan edən sinif rəhbərləri Qədirova Elvira,Əzimova Gülşad və Rafikova Gülnarə müəllimələr öz çıxışlarında bildirdilər ki, artıq neçə on illərdir ki, yer üzündə erməni vəhşiliyi və erməni vandallığı öz cinayətlərini davam etdirir. Onların cinayətlərini yalnız faşistlərin cinayətləri ilə müqayisə etmək olar. Xocalı şəhəri bizim millətimizin xatirəsində bir qara yara olaraq qalacaqdır. Qəlbləri damğalamış bu ağrının intiqamı hələ də alınmamışdır. Hər il Xocalı faciəsini yad edən millət, bir daha öz-özünə demək istəyir ki, «Ey millət, bir daha icazə vermə ki, amansız düşmən belə faciə törətsin!». Xocalı faciəsi bizim millətin tarixinin qara səhifəsi olaraq, millətin özünü dərk etməsində xüsusi rol oynayır. Müəllimlərin çıxışından sonra şagirdlər hazırladıqları kompozisiya şeir və mahnıları ifa etdilər.Tədbirin sonunda şagirdlər məktəbin foyesində Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş stendin qarşısına güllər düzdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi