2a sinfində "Xocalı faciəsi və faciəyə gedən yol" adlı sinif saatı keçirildi

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar 243 nömrəli tam orta məktəbdə silsilə tədbirlərin keçirilməsi davam edir.Bu gün 2a sinfində "Xocalı faciəsi və faciəyə gedən yol" adlı sinif saatı keçirildi.Sinif rəhbəri Əliyeva Zəburə öncə şagirdlərə Xocalı faciəsi haqqında məlumat verdi. Müəllimə bildirdi ki,genişqəlblilik həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salmış, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoymuşdur. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci iidə də həmin dəhşətləri yaşadıq. 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Dədəmiz Qorqudun dili ilə desək, «Qazı düşmən dost olmaz», ona yalnız layiq olduğu cavabı vermək lazımdır. Xocalı faciəsi isə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu, bizim qan yaddaşımıza, qəm yaddaşımıza yazılan bir faciə oldu. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə keçmiş «şanlı» Sovet Ordusunun 366-cı alayının tankları Xocalıya hücum edərək türk dünyasına qarşı düşmən simalarını bir daha göstərdi. Tarix belə vəhşilik, belə dəhşət görməmişdi. Ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, qanına qəltan edir, körpə uşaqları süngüləyir, hamilə qadınların qarnını deşir, ən ağlasığmaz vəhşilik və barbarlıqdan çəkinmirdilər. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti, ən müdhiş bir yaradır. Bu dərd bizi həmişə için-için sızladır və mənfur düşmənə qarşı intiqama səsləyir. Çox keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxaraq əsarətdə qalmış torpaqlarını azad edəcək, düşməndən bütün faciələrimizin qisasını alacaqdır. Mən buna bütün qəlbimlə inanıram. Əliyeva Zəburə müəllimənin çıxışından sonra şagirdlərə videoçarx nümayiş edildi . Onlar hazırladıqları şeir və kompozisiyanı ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi