"Gözəl yazı,gözəl xətt" mövzulu yazı müsabiqəsi keçirildi

Məktəbimizin İllik Fəaliyyət Planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə məktəbimizdə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, leksik oyunlar,debat və dəyirmi masaların,inşa müsabiqəsi ,breyn-rinq yarişların keçirilməsi nəzərdə tutulmuşdu. Bu gün 21 Fevral -Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif siniflərdən,müxtəlif yaş həddi ilə əlaqədar "Gözəl yazı,gözəl xətt" mövzulu yazı müsabiqəsi keçirildi.Şagirdlərdə yazı vərdişlərinin inkişafı ,fəal və yaradıcı bir vətəndaş kimi formalaşmasında onların idraki və kommunikativ bacarıqlara yiyələnməsi bacarığı təhsildə vacib şərtlərdən hesab edilir. Hazırda Azərbaycan dilinin öyrənilməsi prosesində daha çox linqvistik bilikıər vermək üstünlük təşkil edir. Bu gün yazdırılmış yazıda məqsəd yazı vərdişlərinin bir daha yoxlanılmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi