Xocalı soyqrırımına həsr olunmuş sinif saatı keçirildi

Bu gün məktəbimizin ibtidai siniflərində Xocalı soyqrırımına həsr olunmuş sinif saatı keçirildi.3-a sinfinin sinif rəhbəri Zeynalova Rübabə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış soyqırımın təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsi olduğunu qeyd etdi. Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndində yerləşmiş, komanda və şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər. Xocalı faciəsi də insanlıq tarixinə qanlı hərflərlə yazılmışdır. Bu gecədə ermənilər 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi ise hələ de məlum deyildir. Tedbirde sinif rəhbəri Zeynalova Rübabə çıxışından sonra şagirdlər "Bir yurd vardı -Xocalı"adlı kompozisiyasını ifa etdilər.Tədbirin sonunda "Xocalısız-25 il"aflı videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi