"Unutmadıq ,unutdurmadıq" başlıqlı sinif təşkilat saatı keçirdi

26.02.2024-cü il tarixində 243 nömrəli tam orta məktəbin Şəhid Ruslan Ağakişiyev adına 6-cı sinfinin kollektivi sözü gedən Şəhidin ailə üzvlərinin də iştirakı ilə "Unutmadıq ,unutdurmadıq" başlıqlı sinif təşkilat saatı keçirdi.
Şagirdlər Ruslan Ağakişiyevin həyatı və döyüş yolu haqqında məlumatlar aldılar, ailə üzvlərindən onun uşaqlıq və gənclik illərinə dair xatirələr dinlədilər.
Vətənpərvərlik mövzusuna həsr olunmuş belə tədbirlər şagirdlərə cəsurluq ,fədakarlıq və vətənə məhəbbət hisslərini aşılamaq məqsədini daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi