Cəlil Məmmədquluzadənin 155 illiyinə həsr olunmuş tədbir keçirildi

22.02.2024-cü il tarixində 243 nömrəli tam orta məktəbin kitabxanasında dahi yazıçı ,publisist və ədəbi mütəfəkkir Cəlil Məmmədquluzadənin 155 illiyinə həsr olunmuş tədbir keçirildi.Kitabxanaçı Naidə Ağarəhimova tədbir iştirakçılarına  səbəbkarın həyatı və yaradıcılığına həsr edilmiş guşəni təqdim etdi ,oxuculara yazarın kitabxana fondunda mövcud olan əsərlərin annotasiyalarını danışdı.
Cəlil Məmmədquluzadə haqqında videoçarx nümayiş edildi.Sonra 5-ci sinif şagirdlərinin "Kitabxanada keçirdiyim bir gün "başlıqlı esse yazıları dinlənildi .Ana dili və ədəbiyyatı müəllimləri Könül Əhmədova və Şəlalə Şabanova yazıları yoxlayıb fərqlənən şagirdlərin adlarını qeyd etdilər.
Həmin şagirdlərə kitabxanaçı tərəfindən hədiyyələr (maraqlı kitablar) təqdim olundu.Sonda isə Cəlil Məmmədquluzadənin "Poçt qutusu"hekayəsi əsasında çəkilmiş qısa metrajlı film izləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi