"Beynəlxalq Ana Dili Günü" tədbiri keçirildi

21.02.2024-cü il tarixində 243 nömrəli tam orta məktəbin kitabxanaçısı Naidə Ağarəhimova və Ana dili və ədəbiyyatı müəllimi Könül Əhmədovanın təşkilatçılığı ilə "Beynəlxalq Ana Dili Günü" tədbiri keçirildi .
Məktəbin kitabxanasında təşkil edilmiş bu tədbirdə mövzunu əks etdirən guşə hazırlanmışdır.6-cı sinif şagirdləri "Ana dilimizi sevək sevdirək" başlıqlı şeir kompozisiyasını və dahi şəxsiyyətlərin dil haqqında söylədikləri aforizm və sitatları təqdim etdilər.3-cü sinif şagirdləri isə eyni mövzuda mahnı ifa etdilər.
Sonda "Doğma dilim şirindir."başlıqlı  inşa yazı müsabiqəsində fərqlənən şagirdlər fəxri fərmanlarla təltif edildilər.
1-ci yer Süleyman Zabraliyev.
2-ci yer Gülsurə İbrahimova.
3-cü yer Rəvan Əlizadə.
Təlim -tərbiyə işləri üzrə direktor müavini İlhamə Mustafayeva  çıxış edərək tədbirin mahiyyəti haqqında ətraflı məlumat verdi və  bütün iştirakçılara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi