"Nitrat turşunun duzları və azotun təbiətdə dövranı" mövsuzunda açıq dərs təşkil olundu

20.02.2017-ci il tarixində məktəbimizdə kimyadan 9a sinifində açıq dərs təşkil olundu. Fənn müəlliməsi Əliyeva Fəridə müəllimə şagirdlərin fəaliyyətini yüksək səviyyədə təşkil edərək dərsi daha məzmunlu və maraqlı keçdi. Açıq dərsin mövzusu "Nitrat turşusunun duzları. Azotun təbiətdə dövranı." idi. Motivasiya yaratmaq məqsədilə müəllim nitratların xassələrinə və alınmasına aid videoçarx nümayiş etdirdi. Videoçarxdan sonra geniş sual-cavab oldu. Şagirdlər suallara daha aydın və səlis cavab verirdilər. Tədqiqat sualı qoyuldu, qruplara iş vərəqləri paylandı. "Oksigen", "Azot" və "Fosfor" qrupları fəaliyyətə başladı. Qrup rəhbərləri Rüstəmova Solmaz, Şəbiyeva Aytac və Nəcəfli Ülkər qrup işlərini təqdim etdilər. Sonra şagirdlər nitratların xassələrini, alınmasını, tətbiqini geniş şərh etdilər, testlərə cavab verdilər, daha sonra müəllimin nəzarətilə nitratların parçalanma reaksiyalarını nümayiş etdirdilər. Bir-birindən maraqlı təcrübələr dərsi dinləyən müəllimlərin də diqqətini cəlb etdi. Xüsusən müəllimin göstərdiyi təcrübə daha maraqlı oldu. Azotun təbiətdə dövranı daha geniş müzakirəyə səbəb oldu. Müəllim torpaqda, havada və suda azotun yayılmasını təbiətlə, ekologiya ilə əlaqələndirdi. Bir sözlə dərs çox maraqlı keçdi. Şagirdlər nəzəriyyə ilə praktikanın vəhdətdə olduğunu bir daha əyani olaraq gördülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi