Əsrin bəlası olan  "ağ ölüm"ün gəncliyimizə vurduğu ziyanın qarşısını alaq

13.02.2024-cü il tarixində 243 nömrəli tam orta məktəbin akt zalında Piallahı rayonu icra nümayəndəliyinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev və İctimai-Siyasi Və Humanitar Məsələlər Şöbəsinin müdiri Arzu Abdullayevin iştirakı ilə narkotiklərin və pis vərdişlərin fəsadları barədə yuxarı sinif şagirdləri üçün seminar keçirildi.Məktəbin psixoloqu Lalə Yahyayeva yeniyetmələrlə sual -cavab xarakterli  söhbət apardı. Qonaqlar da mövzu ilə əlaqədar tərbiyəvi əhəmiyyətli çıxışlar etdilər.
Əsrin bəlası olan  "ağ ölüm"ün gəncliyimizə vurduğu ziyanın qarşısını almaq üçün bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi