Xocalının iyirmi beşinci ildönümü ilə əlaqədar sinif təşkilat saatı keçirildi

XOCALININ İYİRMİ BEŞİNCİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR SİNİF TƏŞKİLAT SAATI KEÇİRİLDİ. Bu gün Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə məktəbimizin 7a və 7 b sinfinin sinif rəhbərləri Vəkilova Tükəzban və Mütəllimova Elmira tərəfindən "Xocalının iyirmi beşinci ildönümü ilə əlaqədar" sinif təşkilat saatı keçirildi. Sinif rəhbərləri Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdilər, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra şagirdərin ifasında qəhrəmanlıq haqqında şeirlər, kompozisiyalar və şəhidlərə aid mahnılar ifa edildi. Sonda Xocalı faciəsinə aid videoçarx nümayiş olundu. Şagirdlər Qarabağın azad olunacağına, Xocalının qisasının alınacağına ümid etdiklərini vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi