"Azərbaycanın mədəniyyəti və incəsənəti" mövzusunda dəyirmi masa keçirildi

2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. 2016/2017-ci tədris ilinin fevral ayı “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası”aylığı elan edilmişdi. Aylığa əsasən məktəbdə ay ərzində silsilə tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdı. Bu gün məktəbimizdə "Azərbaycanın mədəniyyəti və incəsənəti" mövzusunda dəyirmi masa keçirildi .VII-VIII sinif şagirdləri qədim Azərbaycan dövlətinin mədəniyyəti və incəsənəti haqqında araşdırma apardılar. Fənn müəllimi Əliyeva Naidə və şagirdlər dəyirmi masa arxasında Azərbaycan xalqının zəngin mədəniyyəti və incəsənəti haqqında geniş məlumat verdilər. Hətta şagirdlər Azərbaycanın qədim abidələrinə aid olan rəsm işlərini də nümayiş etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi