İstedadlı şagirdlərdən ibarət bilik yarışı keçirildi

Məktəbimizin İllik Fəaliyyət Planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq vərdişlərə yiyələnmə imkanlarının artırılması məqsədilə məktəbimizdə fənn aylıqları keçirilməkdə davam edir. Fevral ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, leksik oyunlar, debat və dəyirmi masaların, inşa müsabiqəsi, breyn-rinq yarışlarının keçirilməsi nəzərdə tutulmuşdu. Bu gün fənn ayliği çərçivəsində istedadlı şagirdlərdən ibarət bilik yarışı keçirildi.Yarışda iştirak edən əlaçı şagirdlərdən ibarət komandalar bir-biri ilə yarışaraq verilən suallara cavab verməyə çalışırdılar.Yarışın sonunda qalib gələn komanda və I yarımildə qiymətləri qənaətbəxş olan, mədəniyyəti, tərbiyəsi ilə seçilən şagirdlər məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə rəğbətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi