Şagirdlərimiz idmanda növbəti uğura imza atdılar

Şagirdlərimizin qazandıqları hər bir uğur valideynləri və müəllimləri çox sevindirir. II yarımildə idman üzrə nailiyyəti olan şagirdlərimiz -Qurbanov Dilqəm və Mərdiyev Cəfər. Adı çəkilən bu şagirdlər baş məşqçi Yusibov Seymur müəllimin tələbələri Pirallahı İdman Kompleksində Kempo Ciu-citsu idman növü üzrə məşğul olur və artıq bu sahədə xeyli uğurlar qazanıblar. Şagirdlərimizin növbəti uğuru 12.02.2017-ci il tarixində Şağan İdman Kompleksində keçirilən Azərbaycan Respublikası Birinciliyi Braziliya Ciu-citsu (Gİ) versiyası üzrə oldu və şagirdlərimiz III yerə layiq görülərək,medal və diplomla təltif edildilər. Məktəbimizin müəllim heyəti,məktəb rəhbərliyi adından şagirdlərin baş məşqçisi Yusibov Seymur müəllimi ,valideynləri təbrik edir, istedadlı şagirdlərimizə isə müvəffəqiyyətlər və uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi