“Ekologiya və İqtisadiyyat” aylığı ilə əlaqədar növbəti seminar keçirildi

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. 2016/2017-ci tədris ilində məktəbimizdə yanvar ayı “Ekologiya və İqtisadiyyat” aylığı elan olunmuşdur. Artıq məktəbimizdə bu mövzuda silsilə tədbirlərimiz davam edir. Yanvarın 25-də fənn müəllimi İbrahimova Nuranə tərəfindən VIII-lX sinif şagirdlərin iştirakı ilə seminar təşkil olundu. Şagirdlərə ümumi məlumat verilərək onların fikirləri dinlənildi. Daha sonra şagirdlərin hazırladıqları elektron təqdimatlar nümayiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi