Şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət etdilər

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil,Azərbaycan istiqlal yolunun ilk zirvəsi , milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir,igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır,onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd,igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə ,milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Məktəbimizdə ümumxalq hüzn gününün keçirilməsi məqsədilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlərimiz davam edir.18.01.2017-ci il tarixində VII-VIII sinif şagirdləri və tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban, hərbi rəhbər Əsgərov Xanlar müəllimlə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi