"Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda dəyirmi masa və anket sorğusu keçirildi

1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan etdi. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir. 01.12.2016-cı il tarixində məktəbimizdə bu mövzuda dəyirmi masa və anket sorğusu keçirildi. Məqsəd şagirdlərdə QİÇS-in məzmunu və mahiyyəti, yayılması, fəsadları haqqında təsəvvür yaratmaq, şagirdlərin immun çatışmazlıq virusunun ötürülmə yolları və özlərini həmin virusdan qorumaq üsulları ilə tanış etməkdir. Tədbirin sonunda rəhbərlik tərəfindən hazırlanmış anket sorğusu şagirdlərə paylanıldı və verdikləri suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi