Fizika fənnindən Breyn rinq keçirildi

25.11.2016-cı il tarixdə məktəbimizin Fizika müəllimi N.İbrahimova Riyaziyyat-İnformatika-Fizika aylığı çərçivəsində 10-cu sinifdə Breyn rinq keçirdi. Breyn rinq-də məktəbin direktoru V.B.Tarverdili, təlim-tərbiyə işləri özrə direktor müavini İ.M.Alməmmədova, tərbiyə işləri üzrə direktor müavini T.V.Qurbanova, fizika müəllimləri T.M.Vəkilova və N.Ş.Əliyeva, riyaziyyat müəllimi E.A.Mütəllimova, kimya-biologiya müəllimi F.İ.Əliyeva iştirak etdilər. Breyn rinq çox əyləncəli, müxtəlif üsullardan təşkil olunmuşdu. Burada oyunlar, suallar, filmlərdən fraqmentlər öz əksini tapmışdı. Şagirdlər bütün sualları bacardıqları qədər cavablandırmağa çalışırdılar. Həm müəllimin yanaşması, həm şagirdlərin aktivliyi özünü yaxşı göstərdi. Əyanilik ( sxem, cədvəl,şəkillər) çox yaxşı təşkil olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi