Riyaziyyat fənnindən açıq dərs keçirildi

24.11.2016-cı il tarixdə Riyaziyyat-İnformatika-Fizika aylığı çərçivəsində məktəbimizin riyaziyyat müəllimi S.Quliyeva 6-cı sinifdə açıq dərs keçirdi. Dərsdə məktəb rəhbərliyi, müəllim və valideynlər iştirak etdilər. Mövzu "Faizə görə ədədin tapılması" idi. Dərsin məqsədi faiz anlayışını möhkəmləndirmək, faizə aid bilikləri məsələ həllinə tətbiq etmək idi. Şagirdlər qruplara bölünmüşdü. Dərsin emosionallığı və şagirdlərin diqqətinin mövzunun öyrənilməsinə cəlb olunması, müxtəlif üsullardan istifadə etmə dərsin daha da maraqlı olmasını göstərdi. Şagirdlər öz fikirlərini rahat, açıq surətdə öz fikirlərini tam sərbəst çatdıra bildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi