"MƏN VƏ HÜQUQLARIM" adlı diskussiya keçirildi

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edulməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20.10.2016-20.11.2016-cı il tarixlərində respublikamızda "Uşaq Hüquqları aylığı" elan edilmişdir. Bununla əlaqədar, aylıq çərçivəsində məktəbimizdə 24.11.2016-cı il "Mən və hüquqlarım" adlı diskussiya keçirildi. Diskussiyada məktəb rəhbərliyi və 8-11-ci sinif şagirdləri iştirak etdi. Şagirdlər Uşaq Hüquqları haqqında öz fikirlərini bölüşdülər, video çarx izlənildi. Sonda məktəbin direktoru V.B.Tarverdili çıxış edərək uşaqlara hüquqları barədə geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi