İnformatika fənnindən açıq dərs keçirildi

14.11.2016-cı il tarixində məktəbimizdə Riyaziyyat-İnformatika-Fizika aylığı ilə əlaqədar İnformatika müəllimi T.Vəkilova V sinif Azərbaycan bölməsində açıq dərs keçirdi. Dərsdə məktəb rəhbərliyindən təlim-tərbiyə işləri üzrə direktor müavini İ.Alməmmədova və müəllim heyəti- S.Quliyeva, E.Mütəllimova, N.İbrahimova iştirak etdilər. Mövzu "Fərdi kompüterlər" ətrafında idi. Sinif qruplara bölünmüşdü. Sinfin təşkili, müəllimin dərsə hazırlığı düzgün və səliqəli şəkildə öz əksini tapırdı. Müəllimin istifadə etdiyi təlim üsulları çevikliyi məqsədə uyğun idi. Şagirdlərin fəaliyyəti, səviyyələri çox qabarıq şəkildə özünü göstərirdi. Demək olar ki, bütün qruplar çox fəal iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi