Məktəbimizdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

08.11.2016-cı il tarixində məktəbimizdə Dövlət Bayrağı Günü ilə əlaqədar "Ən gözəli mənim bayrağımdır" başlıqlı rəsm müsabiqəsi və "Ucal bayrağım" başlıqlı tədbir keçirilmişdir.Bayram tədbirimizdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb rəhbərliyi və məktəbin müəllim və şagird heyəti iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Sonra məktəbin direktoru tədbiri açaraq 9 noyabr "Dövlət Bayrağı Günü" haqqında ətraflı məlumat verdi. Sonra tədbirin bədii hissəsi V sinif şagirdlərinin ifasında mahnı, şeir və rəqslərlə davam etdi. Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rauf müəllim çıxış edərək ilk öncə Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivin üzvlərinə və şagirdlərə çatdırdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi