FÖVQƏLADƏ HALLAR ZAMANI ÖZÜNÜ NECE APARMALI

20.10.2016-ci il tarixdə məktəbimizdə "FÖVQƏLADƏ HALLAR ZAMANİ ÖZÜNÜ NECE APARMALI" mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları, məktəbimizin müəllim və şagird heyəti iştirak edirdi. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional mərkəzinin zabit heyəti tərəfindən hazırlanmış ssenari əsasında və onların şəxsi aparıcılığı ilə baş tutan tədbir məktəbin akt zalında təşkil olunmuşdur. İlk olaraq məktəbin direktoru Vaqif Tarverdili çıxış edərək, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəssisələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu, baş verə biləcək təbii fəlakət, yanğın və qazsızma hadisələri zamanı düzgün təxliyə, ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və s. məsələlərin hər kəs tərəfindən bilinməsinin vacibliyini diqqətə çatdırdı. Sonra zəlzələ və təbii fəlakətlər zamanı özünü necə aparmalı başlıqlı video çarx nümayiş olundu və regional mərkəzin zabiti tərəfindən məktəblilərə izah olundu. Daha sonra civə dağılması və yanğın zamanı özünü aparma qaydaları izah edildi. Sonra regional mərkəzin daha bir zabiti yanğın söndürmə avadanlıqları haqqında izahlı məlumat verdi. Tədbir 3-cü sinif şagirdlərinin ifasında FHN əməkdaşlarına həsr olunmuş şeirlərlə davam etdi. Onlardan sonra 9-cu sinif şagirdləri və UBR Zahidə Zabraliyeva tərəfindən zəlzələ hadisəsinə həsr olunmuş səhnəcik təqdim olundu. Sonda yanğın zamanı məktəbin şagirdlərinin təxliyə təlimi keçirildi. Sirena sədaları altında sağ və sol cinah qapılarından ibtidai siniflərin, ümumi giriş qapısından 5, 7 və 10-cu siniflərin təxliyə olunması və şərti yaralının xilas olunması nümayiş olundu. Məktəbin həyətində şərti yanğın ocağının söndürülməsi və şərti yanıq xəsarəti almış xəstəyə ilkin yardım nümayiş olundu. 10 saylı BŞX-nın təcili yardım briqadası və FHN-nın ambulans və xilasetmə xidməti işçiləri tərəfindən müxtəlif xəsarətlər zamanı ilkin yardım hərəkətləri və müxtəlif avadanlıqlar izahlı surətdə təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi