1 mart "Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar maarifləndirici seminar keçirilib.

  

    Martın 1-də pedaqoji heyətin və X-XI sinif şagirdlərinin iştirakı ilə "1 Mart Ümumdünya MM günü " nün  "Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi;Könülülərin fəaliyyəti və pandemiya ilə mübarizə" mövzusunda karantin rejimi qaydalarına uyğun seminar  keçirilib. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tövsiyə və tapşırıqlarına əməl edilməklə qeyd olunan mövzu ətrafında fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi,mayor Vüsal Fətullayev  məlumat verib. Mülki Müdafiə Günü- Beynəlxalq Mülki Müdafiə təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Məşğələdə məktəbin direktoru Elnur Bayramov, PRİH-nin əməkdaşları,  Pirallahı rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi,mayor Vüsal Fətullayev ,direktor müavinləri və  GÇQH müəllimi iştirak edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi