“Ruhumun ünvanı Şuşa!” adlı rəsm müsabiqəsinin məktəb mərhələsi keçirilib

 Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhərinin gözəlliklərini, möhtəşəmliyini gənc nəslə təbliğ etmək məqsədilə Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsi elan olunmuşdur.

  Bununla əlaqədar mart ayının 1-də məktəb rəhbərliyi və Naidə Əliyevabın iştirakı ilə müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Bu müsabiqədə 15 nəfər şagird iştirak edib.

 Məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, şagirdlər arasında Şuşa şəhərinin tarixi, milli-mənəvi dəyərləri ilə bağlı təbliğat işini genişləndirməkdir.

“Ruhumun ünvanı Şuşa!” adlı rəsm müsabiqəsində ən yaxşı rəsmlər 10.03.2022-ci il tarixinə kimi Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına göndəriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi