“XX əsrin faciəsi: Xocalı soyqırımı”  mövzusunda  tədbir  keçirilib

 Xocalı soyqrımının 30-cu ildönümü ilə əlaqədar olaraq fevralın 25-də Uşaq birliyi təşkilatı rəhbəri Zahidə Zabraliyevanın  təşkilatçılığı ilə  “XX əsrin faciəsi: Xocalı soyqırımı”  mövzusunda  tədbir  keçirilib.

 Tədbirdə məktəbin direktoru  Elnur Bayramov, direktor müavinləri İlhamə Alməmmədova ,Tükəzban Qurbanova, Pirallahı Rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri  Arzu  Cahangirova,Pirallahı Rayon Polis Şöbəsinin  yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru , polis mayoru  Ramil Cəfərov ,müəllimlər və şagirdlər iştirak edib.

 Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

 Əvvəlcə Dövlət Himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elnur Bayramov  çıxış edərək  1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdan danışıb. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 

 Daha sonra şagirdlərin ifasında soyqırımı əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda uşaqlar kollektiv şəkildə “Yaşa ,Azərbaycan!” mahnısını ifa etdilər.

  Uşaq birliyi təşkilatı rəhbəri öz çıxışında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət olduğunu və tariximizin ən qanlı səhifəsinin heç zaman unudulmayacağını bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi