Müstəqilliyimiz əbədidir!

17 oktyabr tarixində məktəbimizdə "Müstəqilliyimiz əbədidir" başlıqlı tədbir keçirilmişdir. Tədbiri məktəbin direktoru V.B.Tarverdili açıq elan etdi və öz çıxışında müstəqilliyin qazanılmasında xalqımızın keçdiyi əzablı yol haqqında danışdı, ümumilli liderimiz H.Əliyevdən sitatlar gətirdi. Sonra çıxış üçün söz məktəbin tarix müəllimi F.Hüseynova verildi. O da dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bu tarixi nailiyyətin xalqımız üçün vacibliyini şagirdlərə ətraflı izah etdi. Tədbirin ikinci hissəsi mövzuya həsr olunmuş ədəbi bədii kompozisiya ilə davam etdi. Məktəbin V sinif şagirdi Ş.Fətullayeva "Azərbaycan Bayrağı" şeirini S.Həsənova "Azərbaycanım" şeirini, VII sinif şagirdləri isə "Baharlı Yurdum"mahnısını ifa etdi. X sinif şagirdləri G.Eyyubova və E.Qurbanova isə Azərbaycan Demokratik Respublikasının tarixi və müasir inkişafı haqqında məlumatla çıxış etdilər. Sonda mövzuya həsr olunmuş video slayd nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi