Çarəsiz Xocalı

     Qarabağın Xocalı şəhərinin yerli-köklü sakinləri  Əhmədovlar ailəsi 6 nəfərdən ibarət idi.  Ailənin  ağsaqqalı Vaqif kişi kəndin muxtarı idi. Vaqif kişi yaşına görə  çox sağlam və gümrah qalmışdı , necə deyərlər dağ havası Vaqif kişiyə düşərli olmuşdu. Vaqif kişinin Vüqar adlı tək bir oğlu hələ uşaq ikən arzusu polis olmaq, dünyada haqq - ədaləti bərpa etmək idi . Vüqar və  Zenfira artıq 2 il idi ki, evli idilər, onların 1 yaşlı körpəsi dünyaya gəlmişdi. Vüqar oğluna öz  atasının adını vermişdi . Balaca Vaqif ailənin tükənməz sevinc mənbəyi idi . Vaqif kişinin həyat yoldaşı xəstə olduğundan nəvə üzü görmək qismət olmadı.

             Fevral ayı buralarda  soyuq keçirdi , şaxta  öz sözünü deyirdi. Evlərdən küçəyə-bacaya çıxmazdılar. Yalnız vacib iş dalınca gedər , axşamlar da tezcə  qayıdardılar. Evdə qalanlar günün çox hissəsini odun  peçinin yanında keçirər,  fərqli şirin xatirələr, söhbətlər və  əyləncəli oyunlar oynamaqla vaxtlarını  keçirərdilər.  Son günlər nədənsə ərazidə elektrik kəsilmişdi. Səbəbi heç də hamıya bəlli deyildi, bəziləri elektriki ermənilərin bilə-bilə kəsdiklərini iddia edirdilər. Camaat  işıq əvəzinə şamdan istifadə edirdi.

  25 fevral 1992-ci il.  Sübh tezdən Vaqif kişi ilə oğlu Vüqar həmişəki kimi yuxudan erkən  ayıldılar. 2 rikən namazlarını qılıb , süfrəyə əyləşdilər. Bu gün nəsə kefsiz idilər ata-oğul. Son günlər rayonda bir-birinin ardınca xoşagəlməz hadisələr bitmək bilmirdi. Mənfur ermənilər bir neçə yerdə təxribatlar törətmişdilər.  Süfrə başında oğlunun qəm dəryasına batdığını görən ata  dilləndi:

- Dövlətimiz çətin vəziyyətdədir oğlum. Rayonda da qəribə hadisələr baş verir. Yenidən müstəqilliyimizi qazanandan sonra mənfur ermənilər özlərini nəsə qəribə aparırlarlar. Əvvəl yolda görəndə salam – kəlam edər, kef- hal soruşardılar . İndi adama  elə baxırlar ki , sanki bunların atalarına borcun var . Yadlarına salmırlar  ki, ac olanda bir tikə çörəyimizi onlardan  əsirgəməmişik. İşlədib pullarını vermişik  .

- Bilirəm ata , müstəqilliyimizi bərpa edəndən sonra tamam  dəyişiblər, yaman  paxıllıq edirlər bizə . Yadındadır keçən il bir erməni ailəsi gəlmişdi qapımıza . Gecələməyə yerləri yox idi bizdən kömək dilədilər. Biz də onlara qapımızı açdıq, süfrəmizin arxasında yer elədik, doyunca yedizdirib pay-püşlə yola saldıq.  Çox təşəkkür etdilər,  bizim kimi qonaqpərvər xalqın olmadığını deyir, dil boğaza qoymurdular.  Sözümün canı ondadır ki, dünən həmin ermənini yolda gördüm ,ayaq saxladım istədim uşaqlarını soruşam məni görən kimi üzünü tərsinə çevirdi, yolunu dəyişdi , sanki məni tanımır.

- Ermənini süfrəmizin arxasında oturtmaq kiçik səhvlərdi oğlum , tarixə baxsaq böyük səhvlər etmişik, daha keçmişi qaytarmaq  olmaz. Ata-oğul evin  gəlini  Zenfiranın dəmlədiyi isti çaydan içib yola düzəldilər. Şam yeməyinin vaxtı çatmışdı , Zenfira pəncərədən yoldaşı Vüqarın gəlişini gözləyirdi. Gələnlər bərk  dilxor idilər. Zenfira sanki süfrədə hökm sürən dilxorçuluğun səbəbini soruşurmuş kimi ərinin gözlərinin içinə baxdı,  Vüqar bir an  duruxdu,  ağlının süzgəcindən keçirirmiş kimi nəhayət dilləndi. Ermənilər  səhər tezdən  kəndin başında bir soydaşımızı vurub öldürüb, meyidi isə yandırmışlar. Zenfira bir anlıq şok yaşadı, anidən öldürülənin ailəsi gəldi gözlərinin qarşısına. indiyə kimi belə qətllər kənd yerində baş verməzdi.  Qayınata sükutu pozdu:

-Hər şey dəyişir qızım , hər şey dəyişir...

Şam bitti, bir azdan  hər kəs yataqotağına yollandı. Vüqar və Zenfira son  dəfə şirin balalarının alnından öpüb, yuxuya daldılar.

Gecə saatları idi , birdən böyük bir patlayış səsi eşidildi. Səsin hardan gəldiyi məlum deyildi lakin gurultusu bütün rayonu ayağa qaldırdı. Vaqif kişi yatağından  dik atıldı , Vüqar sönmüş şamı yandırıb atasının otağına yollandı, Zenfira bağıran uşağını sakitləşdirməyə tələsdi. Bir azdan kənddə qışqırtı səsləri eşidildi, kəndi tanklar mühasirəyə almışdılar , bəziləri artıq kəndə girmişdi. Qonşuluqda evlər yanır , əl-ayağı yalın camaat  küçələrə tökülüşmüşdü . Bir yandan “ vurdular,vurdular”,  “ evim yıxıldı, oğlum qalx ayağa “,  “qaçın onlar hamıya atəş açır, qaçın!!!”-həyacanlı insan səsləri “yandım kömək edin”, “yazığı qan apardı”, “vuran erməni idi” yaralı insanların səsinə qarışmışdı. Nə baş verdiyini  anlamaq olmurdu. Vaqif kişi deyəsən nəsə anlamışdı. Ata amiranə surətdə oğlunun  üstünə qışqıraraq -arvadları kənddən aparmaq lazımdır, kəndə basqın olub , təcili buradan getməlisiz-dedi. Uşaqları və arvadını al,  tez kənddən çıxın , meşəlikdən keçin, ordan düzgün yolu tapsanız bir başa Ağdama gedəcəksiz. Cəld olun,  gedin .

            Vüqar şokda idi , hannan-hana -ata bəs sən? Sənsiz heç yerə getmərəm , səninlə qalmaq istəyirəm.

- İnsaf et oğlum, gəncsən , ailən var,  mənim isə ahıl dövrümdür, axı kimsə qalıb bu torpağı qorumalıdır ya yox ? Kiçik oğlunu  düşün,  onun gələcəyini düşün . Vaxt daralır oğlum,  indi gəl vidalaşaq çıxın gedin,  hadisələrin bu cür inkişaf edəcəyini biz əvvəlcədən təxmin etməli idik...   Balaca Vaqif böyüyər, babasının intiqamını alar ...

                    

                                                                                                                                                                                   Aşurbəy Məmmədzadə,

                                                                                                                                                   243 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi