"Ana dilimizi sevək, sevdirək" mövzusunda tədbir keçirilib

   Məktəbimizin ibtidai sinif müəllimləri Bəyaz Heybətova və Vüsalə Mütəllimovanın birgə təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş"Ana dilimizi sevək, sevdirək" mövzusunda tədbir keçirilib. 

   Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.Tədbirdə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışılıb.   Tədbir boyu şagirdlər dilə həsr olunmuş şeirlər, mahnılar söyləyib, rəqs və videoçarxlar təqdim etdilər. Ana dilinə aid hazırladıqları təqdimatları, kompozisiyaları nümayiş etdirdilər. Sonda mövzuya aid videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi