9-cu sinif valideynlərinin iştirakı ilə iclas keçirilib

   Məktəbin illik fəaliyyət planına uyğun olaraq  məktəb rəhbərliyi və sinif rəhbərləri tərəfindən 9-cu sinif valideynlərinin iştirakı ilə iclas keçirilib.

İclasın keçirilməsində məqsəd şagird nailiyyəti və məktəbin nəticələri barədə obyektiv hesabat əsasında valideynlərin məlumatlandırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsidir.

İclasda məktəbin direktoru Elnur Bayramov tədris ilinin I yarımil yekunları və tədris müddətində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı.

Şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini İlhamə Alməmmədova iclas iştirakçılarının nəzərinə çatdırdı.

Valideynlərlə görüşdə 2021/2022-ci tədris ilinin I yarımilinin nəticələri, şagirdlərin təlim göstəriciləri, zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili, dərslərin tədrisi vəziyyəti müzakirə edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi