Təsviri incəsənət dərsində xalça sənəti ilə bağlı rəsm müsabiqəsi keçirilib

Hər xalqın mədəniyyət tarixində elə sənət sahəsi vardır ki, orada onun zəngin mənəvi aləmi əks olunmuşdur.

Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır. Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu gün şagirdlərimiz təsviri incəsənət dərsində Əliveva Naidə müəllimə tərəfindən A4 vərəqlərində xalça eskizlərinin üzərində işləyib, xalçaçılıq sənətinin sirlərini öyrənməyə çalışırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi