Məktəbdə növbəti Pedaqoji Şura keçirilmişdir

Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarətdir.Məktəbdə növbəti Pedaqoji Şura keçirilmişdir.

2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Təhsil nazirinin 21.09.2021-ci il tarixli F-450 nömrəli əmrinin tələbləri səviyyəsində I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olundu.

İclasda məktəbin direktoru Elnur Bayramov gündəlikdə duran məsələləri Pedaqoji Şura üzvlərinin nəzərinə çatdırdı.

İclasda direktor müavinləri və metodbirləşmə sədrləri I yarımilin hesabatını verdilər.

Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri və qiymətləndirmə təlimatı ilə bağlı geniş məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi