Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə start verildi

 

24.01.2022-ci il tarixdə   birinci yarımil üzrə məktəbin fəaliyyət planının 1.1.1.4-cü bəndinə müvafiq olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə IV-XI siniflərdə məktəbdaxili qiymətləndirmənin yekun növü olan Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə start verildi . Məktəb direktoru Elnur Bayramovun  müvafiq əmrinə əsasən hazırlanmış qrafik üzrə keçirilən imtahanda bu gün   8, 9, 11-ci siniflər iştirak etdilər.  

       BSQ–lərinin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. BSQ–lərin suallar bankı məktəb direktorunun  təşkil etdiyi komissiya tərəfindən hazırlanmışdır. Obyektivliyin qorunması məqsədilə qeyri fənn müəllimlərindən ibarət komissiya üzvləri imtahanın gedişatına nəzarət etdilər.

Bütün şagirdlərimizə uğurlar arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi