"Şənbə gecəsi" mövzusunda sinif təşkilat saatı keçirilib

    Yanvarın 18-də sinif rəhbəri Səhərbənd Eyyubovanın təşkilatçılığı və 6”A”sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Şənbə gecəsi" mövzusunda sinif təşkilat saatı keçirilib.Tədbirin keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.Çıxış edənlər xalqımızın mübarizə əzminin göstəricisi olan 20 Yanvar hadisəsi nəticəsində torpaqlarımızda müstəqilliyin bərqərar olduğunu bildiriblər. Vətən, millət uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad etməyi hər bir gəncin mənəvi borc bilməyinin vacibliyi vurğulanıb.

Şagirdlər hüzn və qürur tariximizə həsr olunan şeirlər səsləndiriblər, mövzu ilə bağlı fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi