20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq rəsm müsabiqəsi keçirilmişdir

 Məktəbimizin V-VIII sinif şagirdləri arasında Naidə Əliyeva tərəfindən “20 Yanvar” faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq rəsm müsabiqəsi keçirilmişdir. Şagirdlər 20 Yanvar faciəsini əks etdirən rəsmlər çəkmişdir. Rəsmlərdə şagirdlər həmin qanlı gecəni öz düşüncələrinə uyğun təsvir etmişdir. Müsabiqənin keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və  şagirdlərin istedadlarını üzə çıxarmaqdan ibarətdir.  Müsabiqədə iştirak edən şagirdlər rənglərin diliylə faciəni kağız üzərində əks etdirib, vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid  rəsmlər çəkiblər.

       Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi