"20 Yanvar-Ümumxalq Hüzn və Milli Qürur günü" mövzusunda sinif təşkilat saatı keçirmişdir

      Məktəbin ibtidai sinif müəllimi Vüsalə Mütəllimova 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr edilmiş " "20 Yanvar-Ümumxalq Hüzn və Milli Qürur günü" mövzusunda sinif təşkilat saatı keçirmişdir.   Sinif saatında faciə haqqında şagirdlərə ətraflı məlumat verilərək bildirildi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

      Sinif təşkilat saatında Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şagirdlər canını Vətənin azadlığı uğrunda qurban vermiş şəhidlərə həsr olunmuş şeirlər söyləyib,vətənpərvərlik musiqiləri səsləndiriblər. Sinif rəhbəri əlavə məlumat verərək şagirdlərin 20 Yanvar faciəsi haqqında düşüncələrini bir az da genişləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi