"Tarixi abidələrimizi qoruyaq"adlı sinif təşkilat saatı keçirilib

Min illərin dərinliklərindən baş alıb gələn tarixi abidələrimiz keçmişdən bu günümüzə kimi ənənələrimizi yaşadır.Abidələr tarixin yadigarıdır .Keçmişimizi öyrənmək üçün bu abidələrin misilsiz əhəmiyyəti var.

Məktəbin Fəaliyyət planının 1.3.29 bəndinə əsasən ibtidai sinif müəllimi Rübabə Zeynalovanın təşkilatçılığı ilə "Tarixi abidələrimizi qoruyaq"adlı sinif təşkilat saatı keçirilib.Məqsəd şagirdləri Azərbaycanın qədim tarixi ilə tanış etməkdir.Sinif rəhbəri dəyərləri təbliğ etmək vətənpərvərlik hisslərini aşılamaq məqsədilə Azərbaycan memarlığının abidəsi olan "Qız Qalası", od məbədi olan "Atəşgah", Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Daha sonra şagirdlərin vətənpərvərlik ruhunda çıxışları, təqdimatları dinlənilib və Ibrahimova Gülsurənin əl işi numayiş olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi