"Sən elə bir zirvəsən "adlı dəyirmi masa keçirilmişdir

      Məktəbin fəaliyyət planına uyğun olaraq UBTR tərəfindən ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş "Sən elə bir zirvəsən "adlı dəyirmi masa keçirilmişdir .Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu bildirib. Tarixə Azərbaycan xalqının Ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insanın liderlərə məxsus ən ali keyfiyyətlərə malik olduğu, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanındığı və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edildiyi qeyd edilib. Bildirilib ki, Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülmüşdür.

Daha sonra şagirdlərimiz Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar söyləyiblər. Videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi