Məktəbimizdə Bilik Gününə həsr olunmuş "İlk Zəng" tədbiri keçirildi

15.09.2016-cı il tarixində məktəbimizdə Bilik Günü ilə əlaqədar İlk Zəng tədbiri qeyd olundu. Aparıcılar tədbiri açıq elan etdikdən sonra Azərbaycan bayrağı təntənəli xəttə gətirildi və dövlət himnimiz səsləndirildi. Sonra söz məktəbin direktoru Tarverdili Vaqif müəllimə verildi. O, öz çıxışında birinciləri ilk dərs günü münasibətilə təbrik etdi, məktəbin keçən tədris ilindəki nailiyyətləri və qarşıda duran vəzifələr haqqında danışdı. Vaqif müəllim növbəti çıxışı Pirallahı rayon icra hakimiyyətinin nümayəndəsi Azad Namazova təqdim etdi. O da məktəb kollektivinə uğurlar arzu etdi. Növbəti çıxış təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamənin oldu. O da hər kəsi yeni dərs ili münasibətilə təbrik etdi, keçən tədris ilində dərs əlaçısı olmuş şagirdlərə fəxri fərmanları təqdim etdi. Tədbirdə birincilərin ilk müəllimləri Mütəllimova Vüsalə, Kazımova Gülzar müəllimələr və valideynlər də çıxış etdilər. 1a və 1b şagirdlərinin ifasında Bilik gününə həsr edilmiş mahnılar oxunuldu. Sonda ilk zəng vuruldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi