12 noyabr Konstitusiya günü münasibətilə tədbir keçirilib

    Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.

    12 noyabr Konstitusiya günü münasibətilə noyabrın 12-də məktəbimizdə U.B.T.R tərəfindən  tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov Konstitusiyanın yaranmasının tarixi və inkişaf mərhələlərindən, Ümummilli Liderimiz Heydər Əliyevin bu istiqamətdə xidmətlərindən, əsas qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarından ətraflı danışıb.

  Sonda çıxış edən PRİH-nin nümayəndəsi çıxış edərək şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.

       Konstitusiya gününə aid videoçarx nümayiş olunmuşdur və şagirdlərin çıxışları ilə yadda qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının maddələri ,İnsanların vəzifələri,hüquq və azadlıqları barədə qısaca məlumat verilmişdir. Ümumilikdə tədbirdə bu günün dövlətimiz üçün əhəmiyyətindən danışılmışdır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi