"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirildi

   Məktəbimizdə Pirallahı Rayon Polis Şöbəsi ilə birlikdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirildi.Tədbirdə Poliş Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və məktəblilər iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Elnur Bayramov  açaraq qonaqları təqdim etdi. Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşı öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artdığını qeyd etdi və çoxsaylı tədbirlərin həyata keçirildiyini vurğuladı.
    Tədbirdə Pirallahı Poliş Şöbəsinin Narkotiklə Mübarizə qrupunun əməkdaşı çixışında bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. 
  Tədbirdə çıxış edənlər öz çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi