“8 Noyabr-Zəfər Günü ”nə həsr olunmuş “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib

04 noyabr 2021-ci il tarixində Fəaliyyət Planının 1.3.25 bəndinə  uyğun olaraq   “8 Noyabr-Zəfər Günü ”nə həsr olunmuş “Qarabağ Azərbaycandır!” mövzusunda möhtəşəm bir tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

    Əsas məqsədi Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini şagirdlərə çatdırmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.

    Tədbirdə 44 günlük vətən müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər. Məktəbin direktoru Elnur Bayramov  tədbirdə çıxış edərək Müzəffər Azərbaycan ordusunun 44 gün davam edən zəfər yürüşünün şanlı qələbə ilə başa çatdığını qeyd edib.

  Şəhidlərin əziz xatirəsinə həsr olunmuş ədəbi – bədii kompozisiya, onların döyüş rolunu əks etdirən videoçarxlar nümayiş etdirildi, şeir və musiqilər səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi