"Uşaqlar və yol təhlükəsizliyi" layihəsi çərçivəsində sinif təşkilat saatı keçirilib

Məktəbin 2021\2022-ci il tədris ili üçün Fəaliyyət Planının 1.3.25 bəndinə uyğun olaraq "Uşaqlar və yol təhlükəsizliyi" layihəsi çərçivəsində 1a və 2a sinfində sinif təşkilat saatı keçirilib. Müəllimlər  Mütəllimova Vüsalə və Heybətova Bəyaz şagirdlərinə yol hərəkəti qaydaları haqqında danışdı. "Yol qəzalarından necə qorunmaq olar?" sualı ətarfında kiçikyaşlılarla aparılan müzakirədə uşaqlar kifayət qədər maraqlı cavablar və fikirlər söylədilər. Sinif təşkilat saatının keçirilməsində  məqsəd uşaqların  iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

    Şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, mövzu ilə bağlı videoçarxlar izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi