“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

    Məktəbin 2021/2022 –ci tədris  ilinin illik fəaliyyət planının 1.3.15-ci bəndinə əsasən Milli Müstəqilliyimizin bərpsının 30 illik yubileynə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.Tədbirdə məktəbin direktoru Elnur Bayramov çıxış edərək bildirdi ki, müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir. Bu sərvəti qorumaq, onu yaşatmaq hər birimizin həyat amalıdır. Ulu Öndərin dediyi kimi: "Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir". Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olduğunu xüsusi vurğuladı.

      Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, məktəb rəhbərliyi, 5-11-ci siniflər üzrə şagirdlər iştirak etmişdir.

       Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlərlə, ifa etdikləri mahnılarla vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatmışdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi