"Son zəng" çalındı

Hər il olduğu kimi bu il də buraxılış günü münasibəti ilə ənənəvi olaraq məktəbimizdə son zəng tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, on birincilərin valideynləri və məktəbin fəxri məzunları iştirak edirdilər. Tədbir açıq elan edildikdən sonra Respublikanın Dövlət Himni səsləndi. Aparıcılar ilk sözü məktəbin direktoru Vaqif Tarverdiliyə verdilər. O, on birinciləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Sonra bu təbrikə təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Alməmmədova, tərbiyə işləri üzrə direktor müavini Tükəzban Qurbanova ,Uşaq Birliyi rəhbəri Zahidə Zabraliyeva qoşularaq məzunları təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladılar. Oxuduqları 11 il ərzində məktəbdə qazandıqları uğurlara görə fərqlənən şagirdlərə fəxri fərman təqdim olundu. Məzunların ürəklərindən gələn şeirlər, müxtəlif rəqslər, mahnılar bir – birini əvəz edirdi. Şagirdlər öz həyacan və sevinclərini müəllim və valideynləri ilə bölüşdülər. On birinciləri həmçinin öz çıxışları ilə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azad Namazov, sinif rəhbərləri və ibtidai sinif müəllimləri təbrik edərək gələcək həyatlarında yollarının daim açıq olmasını, uğurlar əldə etmələrini dilədilər. 11-cilər müəllimlərə öz minnətdarlıqlarını bildirərərək onlara gül dəstələri təqdim etdilər. Sonda məzunlara məktəb rəhbərliyi tərəfindən "Məzun" kitabçaları təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi