VI sinfində  valideyn iclasları keçirilib

12.10.2021-ci il tarixində məktəbdə VI sinfində sinif valideyn iclasları keçirilib. İclasda sinif rəhbəri Səhərbənd Eyyubova yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil ilə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb. Valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. Yeni dərs ilində qarşıda duran ümumi vəzifələr uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması kimi məsələlər müzakirə edilib. Eyni zamanda valideynlərin təklifləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi