Qazilərlə görüş keçirilib

     Bu gün məktəbimizdə qazilərlə görüş keçirilib. Görüşdə iştirak edən qazilərimiz - Rəsul Rəhmanzadə və Elvin İsayev akt zalında təşkil edilmiş tədbirdə səmimi olaraq müəllimlər və şagirdlərlə görüşüblər.

     Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Famil Hüseynov bu böyük qələbə ilə tarix yazan qazilərimizin göstərdikləri qəhrəmanlıq mübarizəsindən qürurla və minnətdarlıqla söz açıb.

      44 günlük müharibəni əks etdirən “Zəfər yürüşü” adlı videoçarxın nümayişinin ardından qazilərimiz öz döyüş yolundan yadda qalan bir az hüznlü eyni zamanda qürurlu xatirələrini şagirdlərlə bölüşüb. Tədbirdə iştirak edən yuxarı sinif şagirdləri qazilərə həsr edikləri kompozisiyanı ifa ediblər.

 Sonda akt zalında xatirə şəkli çəkildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi