“Saxlaya bilmərik ömür qatarın” adlı yaradıcılıq gecəsi keçirildi

Pirallahı rayon 243 №li tam orta məktəbdə şair Vaqif Arzlının yaradıcılığına həsr olunmuş “Saxlaya bilmərik ömür qatarın” adlı ədəbi-bədii musiqili tədbir təşkil olundu.Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi və Azad Həmkarlar Təşkilatının məsul nümayəndələri, məktəb kollektivi, şairin dost və yaxınları,o cümlədən ədəbi mühitin nümayəndələri iştirak etdilər.Tədbir açıq elan edildikdən sonra şairin həyatındakı müxtəlif anları əks etdirən slayd göstərildi.Musiqi ilə müşayiət olunan tədbirdə fəallıq göstərən 5-8 sinif şagirdləri xüsusi intonasiya və avazla şairin şeirlərini səsləndirdilər.“Saxlaya bilmərik ömür qatarın” adlı tədbirin keçirilməsində əsas məqsəd hamımızın yaxşı tanıdığı istedadlı qələm sahibi,şair-publisist,iki kitabı çapdan çıxmış,bir çox hekayələrin, povestlərin,oçerklərin müəllifi,bu yaxınlarda “Qızıl Qələm” media mükafatının laureatı adına laiq görülmüş Vaqif Arazlının iç dünyası,sənət dünyası ilə daha yaxından tanış olmaq və tədbirdə mütaliə çıxış edən 5-8 sinif şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi,mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüsal Babayev şairi təmsil etdiyi qurum adından təbrik etdi,ona rəhbərliyin arzularını çatdırdı və belə tədbirlərin keçirilməsini alqışladı. Üç saata yaxın davam edən tədbirdə şair Vaqif Arazlının şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.Sonda çıxış edən şair fəal işrirak etdiklərinə görə bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi