”Zəfər tariximizi yazan igidlər” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

”Zəfər tariximizi yazan igidlər” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

29 sentyabr 2021-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən 10- cu siniflər üzrə keçirilən ilk dərs gününə həsr edilmiş "Zəfər tariximizi yazan igidlər" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə 15 nəfər şagird iştirak edib.

Müsabiqədə I, II və III yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi